Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Bakı vaxtı ilə 4:37-də qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
Qeyd edək ki, fevralın 22-də Sincan Uyğur muxtar rayonunun Ağsu prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib.