Türkiyədə seçkilər bu tarixdə keçiriləcək - SON DƏQİQƏ açıqlaması

23-02-2023, 19:41   


Türkiyə mətbuatı prezident və parlament seçkiləri ilə bağlı 18 iyun və 14 may tarixlərinin gündəmdə olduğunu qeyd edir.  

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general-mayor Yücel Karauz seçkilərin 14 mayda baş tuta biləcəyini real hesab etmir.

1677084143201399613_1200x630.jpg (210 KB)

General Musavat.com-a açıqlamasında bildirib ki, Hatay, Adıyaman və Kahramanmaraşdakı insanların əksəriyyəti şəhəri tərk edib. Onların siyahıyaalınması isə zaman tələb edəcək:

"Bu baxımdan seçkilərin 14 mayda baş tuta biləcəyini düşünmürəm. 14 may tarixi zəlzələlərdən öncə aktual idi. Həmin vaxt insanların hansı seçki dairəsinə, hansı rayona bağlı olaraq səs verəcəyi bəlli idi. İndi isə 1,5-2 milyon insanın səs verəcəyi yer dəyişib. O insanların Adıyamanda, Antepdə, Hatayda səs verməsi mümkün deyil. Türkiyə Böyük Millət Məclisində seçki ilə bağlı qərar da qəbul edilməyib. Eyni zamanda prezidentin görməli olduğu işlər var. Beləliklə, seçkilərin iyunun 18-də baş tutacağını proqnozlaşdırıram. Prezident və parlament seçkilərinin iyunun 18-dən gec bir müddətə təxirə salınması üçün qanunvericilik imkanları mövcud deyil. Seçkilərin daha tez keçirilməsi üçün ölkə rəhbərinin qərar verib, Məclisin bu qərarı təsdiqləyib, daha sonra Yüksək Seçki Şurasının seçkinin keçiriləcəyi tarixi elan etməsi lazımdır. Tarix elan edildikdən sonra məlum müddətin keçməsi lazımdır ki, seçkilər baş tutsun".

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.