Türkiyədə daha bir müəmma: Çuxur yarandı

25-02-2023, 20:15   


Türkiyədə daha bir müəmma: Çuxur yarandı


Konyanın Karapınar rayonunda yaranan  çuxurun 12 metr dərinliyində, 37 metr diametrdə olduğu müəyyən edilib.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, çuxur 1400 kvadratmetr sahədə meydana gəlib.

Konya Texniki Universitetinin (KTÜN) professoru Fətullah Arık açıqlamasında çuxurlarla son zəlzələlər arasında əlaqə tapa bilmədiklərini vurğulayıb.

"Biz bunları yoxlamaq üçün çuxurun yarandığı ərazidə olmuşuq. Lakin bu çuxurları bu gün və ya fevralın 6-da baş verən zəlzələlərlə əlaqələndirə bilmədik.
Hətta biz ölçmə aparanda da zəlzələ oldu. Bu, böyük zəlzələlərdən təxminən 20 gün sonra olub. Deməli, bu çuxurun nə əvvəlki böyük zəlzələlərə, nə də indiki zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, biz bunu müəyyən edə bilmədik". 

Zəlzələlərin və ya artçı təkanların çuxurun əmələ gəlməsinə təsir etmədiyini iddia edən Arık, "Çuxur çökməyə hazırdırsa, o zaman zəlzələ də bu çökmə faktorlarından biri ola bilər. Yəni hazır olan çuxur silkələnmə ilə çökə bilər. Amma biz bu bölgədəki zəlzələləri ümumən çökəkliklərlə müqayisə etdik, çox ciddi əlaqə qura bilmədik”, - deyə bildirib.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.