Əhali toy islahatlarına necə reaksiya verdi?- VİDEOSORĞU

18-09-2014, 14:28   
Əhali toy islahatlarına necə reaksiya verdi?Hökumət yas mərasimlərində ehsan verilməsi ilə bağlı aparılan islahatların ardından toy məclislərində təqdim olunan menyulara da müdaxilə edib.

Mətbuatda yayılan xəbərlərə görə, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaq məqsədi ilə süfrəyə qoyulan yeməklərin çeşidinin azaldılacağı ilə bağlı xəbər yayılıb.

Yayılan məlumata görə, tətbiq olunacaq qadağalarla qiymətlər ucuzlaşacaq, menyu 15-25 manat civarında müəyyənləşdiriləcək. Bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir.

Bəs, görəsən, yeni qaydalar sadə insanlar tərəfindən necə qarşılanır? Əhali toy mərasimləri ilə bağlı islahatlar haqqında nə düşünür?

Bu suallarla şəhər sakinlərinə müraciət etdik. Sorğu iştirakçılarının maraqlı cavablarını aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Nərgiz Liftiyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.