ABŞ Energetika Nzirliyi laboratoriya sızması nətcəsində bütün dünyada fəlakətə səbəb olan COVID-19 pandemiyasının ən çox ehtimal olunan mənbəyi olub.
Cebhe.info xəbər verir ki, bunu “Wall Street Journal” nazirliyin hesabatına istinadən yazıb.
Ağ Ev və Konqresin əsas üzvləri ilə paylaşılan məxfi kəşfiyyat hesabatına görə, ölümcül virus çox güman ki, Çin laboratoriyasındakı nasazlıq səbəbindən yayılıb.
ABŞ Energetika Nazirliyi əvvəllər virusun mənbəyini müəyyən etməmişdi.
Amerika nəşri yazır ki, bu nəticə yeni kəşfiyyat məlumatına istinadən əldə edilib. Lakin məxfi hesabatla tanış olan mənbələrə görə, nazirlik öz qərarını “aşağı əminliklə” qəbul edib.
Hesabatda həmçinin bildirilir ki, digər qurumlar virusun yayılmasının böyük ehtimalla təbii yoluxma nəticəsində baş verdiyini düşünür, digərləri isə qərarsızdır.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Çində kritik tədqiqatların aparılması cəhdləri ilə bağlı problemləri əsas gətirərək, koronavirus pandemiyasına səbəb olan SARS-CoV-2 virusunun mənşəyi ilə bağlı araşdırmanı dayandırıb. Bu barədə “Nature” beynəlxalq elmi jurnalı məlumat yayıb. Bu məlumatı jurnala ÜST eksperti Mariya van Kerxove təsdiqləyib.
Onun sözlərinə görə, ÜST müvafiq işləri mərhələli şəkildə həyata keçirməyi planlaşdırırdı, lakin bu plan dəyişib. Ekspertin fikrincə, bütün dünyada siyasət SARS-CoV-2-nin mənşəyini tapmaqda irəliləyişə mane olur.
Xəzər
Cebhe.info