PUTİN DƏ RUSİYANIN PARÇALANACAĞINDAN DANIŞMAĞA BAŞLADI - “Bilmirəm, rus xalqı adında etnos bu günkü formada qala biləcək, ya yox...”

27-02-2023, 14:00   



2022-ci ilin 24 fevralında Kiyevi 3 günə alacağına inanan, bir neçə ay əvvəl isə “biz hələ Ukraynada heç nəyə başlamamışıq” deyən Vladimir Putin artıq Rusiyanın dağılması ehtimalı barədə danışmağa başlayıb.

“Onların(Qərbin-red.) bir məqsədi var – keçmiş SSRİ-ni və onun əsas hissəsi olan Rusiyanı ləğv etmək. Daha sonra onlar bəlkə də bizi “sivilizasiyalı xalqlar ailəsinə” qəbul edəcəklər. Lakin hər birimizi ayrı-ayrılıqda. Niyə? Ondan ötrü ki, bu hissələri öz nəzarətləri altına alsınlar” - deyə, Putin bildirib.

“AzPolitika.info” xəbər verir ki, bu fikirlər Rusiya Prezidenti Vladimir Putinin Rusiya dövlət televiziyasına Ukraynadakı müharibənin ildönümü ilə bağlı müsahibəsində yer alıb.

Dünən efirə verilən müsahibədə Putin gözlənilmədən Rusiyanın parçalanması ehtimalından danışıb: “Biz bu yolla getsək, Rusiyadakı bir çox xalqların, o cümlədən Rusiya xalqının taleyi köklü şəkildə dəyişə bilər. Mən hətta bilmirəm ki, rus xalqı adında etnos bu günkü formada qala biləcək, ya yox. Hansısa “moskovitlər, “urallılar” və s. ola bilər. Bu planlar olub, onlar kağız üzərində yer alıb. İndi isə onların (Qərbin-red.) SSRİ dağılandan sonra dünyanı mütləq dərəcədə öz maraqlarına uyğun şəkildə dəyişmək cəhdi ona gətirib çıxardı ki, bu situasiyaya reaksiya verməyə məcbur olduq”.

Beləliklə, Putin müharibə başlayandan bəri artıq neçənci dəfədir ki, bu uğursuz avantüraya haqq qazandırmağa və bəraət almağa çalışır. Eyni zamanda, bu fikirləri ilə o, ruslar başda olmaqla, Rusiyada yaşayan xalqları təhdid edir.

Ən əsası isə Putin ilk dəfədir ki, ciddi şəkildə Rusiyanın parçalanması ehtimalından, onun reallığından danışır. Hansı ki, hələ müharibədən əvvəl və onun ilk vaxtlarında Rusiyanın az sayda da olsa vicdanlı ziyalıları Kremli bununla bağlı xəbərdar etmişdilər. Putinin yeni etirafları isə Rusiyanı doğrudan da indiki gedişlə nələrin gözlədiyi barədə dolğun təsəvvür yaradır...

C.Məmmədov

“AzPolitika.info”  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.