Türkiyədə seçkilərin 14 mayda keçirilməsi üçün çalışmalar davam edir.
Cebhe.info xəbər verir ki, Yüksək Seçki Şurasının (YSK) da bununla bağlı qərarı bəlli olub.
Bildirilib ki, seçkilərin 14 mayda keçirilməsi üçün çalışmalar sürətləndirilib:
“Biz hazırıq, seçkiləri 14 maya yetişdirməyə çalışırıq”.
Hazırda seçkilərin keçirilməsi və səsvermənin necə olacağı ilə bağlı zəlzələ olan 11 vilayətdə işlər davam etdirilir.
Qeyd olunub ki, seçkilərin keçirilməməsi üçün heç bir əngəl yoxdur.
Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da seçkilərin 14 mayda keçirilməsini istədiyi vurğulanır.
Son məlumatlara əsasən, Rəcəb Tayyib Ərdoğan 1 mart tarixində seçkilərin 14 mayda keçiriləcəyini açıqlayacaq, 10 martda isə bunu rəsmiləşdirəcək.
Bununla yanaşı, seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərarın 10 martda dövlət qəzetində də dərc olunacağı gözlənilir.
Elmir Mustafa
Cebhe.info