Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə etirazlara səbəb olan İranda ən azı 650 qız şagirdin məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddiası ölkəni çaş-baş salıb. İranın yüksək rütbəli rəsmisi qızların xüsusi olaraq hədəf alındığını təsdiqləyib, İranın səhiyyə nazirinin müavini Yunus Pənahi isə “Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını tələb edir” deyib.
Turkustan.az xəbər verir ki, İranda ən azı 650 qız şagirdin məktəbə getməməsi üçün zəhərləndiyi iddia edilib. İranın yüksək səviyyəli rəsmisi qızların xüsusi olaraq hədəf alındığını təsdiqləyib. Qızlardan heç birinin həyatını itirmədiyi, onlarla qızın tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.
İranın səhiyyə nazirinin müavini Yunus Pənahi fevralın 26-da keçirdiyi mətbuat konfransında deyib: “Görünür, bəzi insanlar bütün məktəbləri, xüsusən də qız məktəblərini bağlamaq istəyirlər”. "Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir" dedi Dr. Pənahi daha sonra dedi ki, onun ifadələri yanlış anlaşılıb.
BBC Türkcənin verdiyi xəbərə görə, mühafizəkar Qum şəhəri ən çox yoluxma hallarının müşahidə edildiyi yerdir. Amma ölkənin daha səkkiz şəhərində məktəbli qızlar zəhərlənib. İlk zəhərlənmələr 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. Fevralın ortalarında Qumda qubernatorluq binası qarşısında azı 100 nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib. Bəzi valideynlər deyirlər ki, uşaqlarının sağalması həftələr çəkir.
Eltac Zülfüqaroğlu/Turkustan.az