Xəbərdarlıq edildi: Türkiyəni vuran təhlükə ABŞ-a üz tutur - İki dəfə daha güclü...

1-03-2023, 09:53   


Xəbərdarlıq edildi: Türkiyəni vuran təhlükə ABŞ-a üz tutur - İki dəfə daha güclü...

Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələlər dünyanın gündəmindən düşmək bilmir.

Bu dəfə ABŞ-ın “Nyu-York Tayms” qəzeti qardaş ölkədə baş verənlərə geniş yer ayırıb.

Nəşr yazır ki, Türkiyə və Suriyada baş verən şiddətli zəlzələlər ABŞ-ın Kaliforniya ştatındakı San-Adreas fay xətti ilə bağlı yeni seysmik məlumatların əldə edilməsinə yeni imkanlar yarada bilər.

ABŞ Geologiya Xidmətinin elm adamı və məsləhətçisi Ross Şteyn qəzetə deyib ki, Türkiyədə baş verən zəlzələlərdən böyük şeylər öyrənəcəklərinə şübhəsi yoxdur.

Kalofirniya tarixində Türkiyə qədər güclü cəmi 2 zəlzələ olub: biri 1906-cı ildə San-Fransiskoda, digəri isə 1857-ci ildə Fort Tejonda baş vermiş zəlzələdir.

Seysmoloq Debi Kilb birinci zəlzələdən dərhal sonra 7.5 bal gücündə zəlzələnin baş verməsinin qeyri-adi olduğunu bildirib: “Normal durumda 7.7 ballıq zəlzələdən sonra maksimum zəlzələnin 6.8 bal olacağını gözləyirik. Amma ikinci - 7.5 ballıq zəlzələ gözlədiyimizdən 10 dəfə güclüdür”.

Kilb əldə etdikləri bilgilərin San Andreasla bağlı araşdırmalarda tətbiq oluna biləcəyini deyib.

Kornell universitetinin professoru Cudit Xabbard isə qeyd edib ki, San Andreasdakı zəlzələ qırılmağa hazır olan başqa bir fay xəttini tətikləyərsə, bu, gözləniləndən daha böyük qırılmaya səbəb ola bilər.

Amerikalı mütəxəssislərin fikrincə, bunun səbəbi qırılma xəttinin yeri ilə bağlıdır. Beləliklə, ikinci zəlzələ fərqli bir qırılmadan qaynaqlanır. İndi seysmoloqlar eyni şeyin Kaliforniyada da ola biləcəyini iddia edərək, ehtiyat tədbirləri görməyə çağırırlar.   /teleqraf.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.