Prezidentlə bağlı qalmaqallı səs yazısı: Azərbaycanlı milyarder susur, qarşı tərəf isə…

26-03-2023, 17:35   


Prezidentlə bağlı qalmaqallı səs yazısı: Azərbaycanlı milyarder susur, qarşı tərəf isə…


Musiqi prodüseri İosif Priqojin azərbaycanlı iş adamı və Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovla soial şəbəkədə yazılan səs yazısı  barədə danışıb.

Cebhe.info xəbər verir ki, o, müvafiq şərhi öz “Telegram” kanalında yayıb.

O, keçmiş senatorla söhbəti ilə bağlı şəbəkədə yayılan məlumatı saxta adlandırıb və səs yazısında olan səsin ona heç bir aidiyyəti olmadığını vurğulayıb.

“İnternet böyük bir zibilliyə çevrilib, burada faydalı nəsə var və əlbəttə ki, istənilən insanı dəyərdən, nüfuzdan sala bilərsiniz. Mənim siyasi mövqeyimi hamı bilir, bu, bütün müsahibələrimdə  var”, - deyə prodüser vurğulayıb.

Xatırladaq ki, azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı bu gün üzə çıxıb.

Telefon danışığı zamanı hər iki şəxs Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər.

Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib:

“Onlar öz aralarında bir-birini qırırlar, bəyanatlar ziddiyyətlidir, konsolidasiya və koordinasiya olunmayıb. Vətəndaş qarşıdurması, hakimiyyət uğrunda mübarizə gedir. Onların kollektiv günahı var. O deyir ki, əsas ordudur, amma bəlli oldu ki, heç ordu da yoxdur. Bizdə respublikadır, prezident ölkəsidir. Prezident hər şeyə görə cavab verəcək. Hər şeyə görə! Ondan soruşacaqlar”.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.