“Azəryolservis”in əməkdaşları ilə kütləvi dava

19-09-2014, 15:32   
“Azəryolservis”in əməkdaşları ilə kütləvi davaAğdam rayonunda yol idarəsinin əməkdaşları ilə sürücü arasında kütləvi dava baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndində olub. Yerli sakinlərin verdiyi xəbərə görə, kəndə yol çəkilişi aparan Xocalı rayon yol idarəsinin əməkdaşları ilə hələlik adı bəlli olmayan sürücü arasında mübahisə olub. Hadisəyə səbəb idarəyə məxsus su maşını ilə minik maşınının toqquşması olub. Su maşını arxaya hərəkət edərkən “Mercedess”markalı avtomobili vurub. Bundan sonra sürücülərlə idarə əməkdaşları arasında kütləvi dava baş verib. Döyülən sürücü hadisə baş verən ərazidən qaçıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.