28 aprel saat 21:00-dan 29 aprel saat 11:10-dək Azərbaycanın təhlükəsizlik qüvvələri Şuşa şəhəri ərazisində Rusiya sülhməramlı qüvvələrinin avtomobillərinin hərəkətini dayandırıb, Qarabağ separatçıları bildirirlər.
Onların məlumatına görə, danışıqlardan sonra yalnız bu gün sülhməramlıların nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.
Rəsmi orqanlar bu iddiaları hələlik şərh etməyiblər.
Lakin Azərbaycan teleqram-kanallarının məlumatına görə, yolda hərəkət ekofəalların düşərgəsinin sökülməsilə əlaqədar dayandırılıb. /"Turan"