Lentsov separatçıları şoka saldı - “Bakıdan qayıtdıqdan sonra dedi ki...”

9-05-2023, 19:01   



Rusiya sülhməramlılarının komandanlığı Qarabağ erməniləri arasında yaranan anti-Rusiya əhval-ruhiyyəsindən narahatdır. 

Anaxeber.info  Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, separatçıların “dövlət naziri” Qurgen Nersisyanın ötən həftə sülhməramlıların komandiri Aleksandr Lentsovun Bakıda razılığa gələ bilməməsi ilə əlaqəli açıqlaması erməniləri məyus edib.

Qəzet general Lentsovun rəsmi Bakı ilə anlaşa bilməməsinin separatçı rejimi də çaşqın duruma salıb. Çünki separatçılar ona son ümid kimi baxırdılar.

“Hər kəs çaşqınlıq içərisindədir, kimsə anlamır ki, bazar günü - qeyri-iş günü Nersisyanın tələsik açıqlama verməkdə məqsədi nə olub. Ermənilər hesab edirlər ki, onları (separatçı rejimi) Nikol Paşinyan idarə edir və Rusiyanın Qarabağda sıfır rolunun olduğunu göstərməyə çalışırlar”, - məlumatda deyilir.

Bundan əvvəl Qurgen Nersisyan Aleksandr Lentsovun Bakıda apardığı müzakirələrin nəticə vermədiyini açıqlayıb. O, həmçinin qeyd edib ki, ən qısa zamanda yeni görüşün keçirilməsi planlaşdırılır. Harada, hansı formatda – separatçı bu haqda açıqlama verməyib.

“Bu arada, Lentsov həm getməzdən əvvəl, həm də qayıtdıqdan sonra Bakıya səfərindən böyük gözləntilər gözləməməli olduqlarını açıq şəkildə bəyan edib. Yəni keçid məntəqəsinin (Azərbaycanın Laçın yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi) ləğvini gözləməyə dəyməz”, - qəzet əlavə edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.