Moskva hərəkətə keçdi - Gümrüdəki hərbi təlimlərin məqsədi aydınlaşır

13-05-2023, 20:58   


Xəbər verdiyimiz kimi Rusiya Gümrü qarnizonu ərazisində “terrorla mübarizə” təlimlərinə başlayıb. Təlimlər illik təlim planına uyğun həyata keçirsə də həm Brüssel görüşünə az bir zaman qaldığı, həm də Ermənistan-Azərbaycan şərti dövlət sərhədində gərginliyin artdığı bir zamanda keçirilməsi diqqət çəkir.

Maraqlıdır, təlimlərin məhz indi keçirilməsi təsadüfdür? Bu Azərbaycana, yoxsa Qərbə xəbərdarlıqdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Fransanın Ermənistana silah ixracı ilə bağlı aldığı qərar fonunda Qərbin bu ölkədəki nüfuzu daha da artacaq:

“Rusiya forpostu olan bir ölkənin onun nəzarətindən çıxaraq tədricən Qərbin nəzarətinə keçməsi ilə barışa bilməz. Bu mənada Qərbin Ermənistana dəstəyi fonunda Rusiyanın Ermənistandakı hərbçilərinin təlim keçirməsi təsadüf deyil.

O ki qaldı təlimlərin Azərbaycan əleyhinə olmasına, deyə bilərəm ki, nə Ermənistan, nə də Rusiya tərəfdən bu istiqamətdə bir bəyanat və ya sətiraltı məna daşıyan ifadə səslənməyib”.

T.İsmayılov təlimlərin Ermənistan-Azərbaycan sərhədində gərginliyin baş verdiyi zamanda keçirməsinə aydınlıq gətirib:

“Baş verən insident birbaşa Ermənistan tərəfindən törədilsə də mən burada Rusiya faktorunun olduğun da düşünürəm. Məsələ ondadır ki, Vaşinqtonda keçirilən üçtərəfli görüş sonrası Brüsseldə də bir görüşün keçiriləcəyi açıqlandı. İndiki məqamda təxribatların törədilməsi bütün bu görüşləri gözdən salmağa xidmət edir. Bundan maraqlı olan qüvvə isə şübhəsiz Rusiyadır”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.