“Araik Xankəndidən yalnız belə çıxa bilər, Azərbaycan...” - AÇIQLAMA

20-05-2023, 22:19   


Ermənistanın “Hraparak” qəzeti yazır ki, Xankəndidə erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə çatıb. Separatçıbaşı Araik Arutyunyan xaricə qaçmağa hazırlaşır.

Politoloq Samir Hümbətov Musavat.com-a bildirib ki, indiki halda Araik Arutyunyanın Qarabağdan qaçması qeyri-mümkün görünür.

Politoloqun sözlərinə görə, Araikin ordan yalnız bir formada çıxması mümkündür – Rusiya tərəfi Azərbaycandan xahiş edə bilər ki, Arutyunyan Laçın postundan keçməklə Qarabağı tərk etsin və Ermənistana getsin:

“Bunun isə real olub-olmayacağı, Azərbaycanın buna razı olub-olmayacağı hələ məlum deyil. İkincisi, Araikin Qarabağda qalması qarşıdurmanın artması deməkdir. Azərbaycanın Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi təsis etməsindən sonra Qarabağda vəziyyət separatçılar üçün çox ağır bir hal alıb. Separatçılar belə gözləmirdilər. Onlar gözləyirdilər ki, Rusiyadan dəstək alacaqlar. Amma gördülər ki, alınmır.

Araik ya Azərbaycana təslim olmalıdır, ya da məhv ediləcək. O, dağ-cığır yollarından da qaça bilər. Əks halda Qarabağı belə rahatlıqla tərk edə bilməz.

Separatçılar arasında gərginlik artır. Separatçıların orada nə etdikləri Azərbaycan üçün prioritet deyil. Çünki Azərbaycan Laçın postunu qurubsa, tam şəkildə ərazimizi nəzarətə götürüb. Daxildə baş verənləri isə qısa müddət ərzində təmizləmək mümkündür. Separatçılar arasında qarşıdurmanın pik həddə çıxması da gözləniləndir. Nə qədər qarşıdurma olacaqsa, bir o qədər bir-birlərini sıradan çıxaracaqlar. Bu baxımdan hesab edirəm ki, bundan sonra da Xankəndidə vəziyyət gərginləşəcək. Separatçılar arasında silahlı qarşıdurma da ola bilər”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.