Qərbi Afrikadakı Ebola virusunun yayılmasının qarşısını alacaq addımlar atılmadığı təqdirdə 2 noyabr 2014-cü il tarixinə qədər bu virusa yoluxanların sayı 20 mini keçə bilər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatınınÿ (ÜST) mütəxəssislərinin “New England Cournal of Medicine” saytında yayımlanan məqaləsində qeyd olunub.ÿ ÜST-nin mütəxəssisləri 2 noyabradək Liberiyada 9 900, Sierra-Leonedə 5 mindən çox, Qvineyada 5 700 nəfərin bu virusa yoluxa biləcəyini qeyd edib. ÿ Xatırladaq ki, ÜST dünənki açıqlamasında Liberiya, Qvineya və Sierre-Leonedə 5 843 nəfərin Ebola virusuna yoluxduğunu açıqlayıb. (APA)