Bakıda vahimə yaşandı

24-09-2014, 13:05   
Bakıda vahimə yaşandı“Şanxay”da qatar maşını sürüyərək qaz borusunu sıradan çıxarıb
Bu gecə saat 04:00 radələrində Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə hadisə şahidləri ANS PRESS-in "qaynar xətti"nə bildiriblər.

Bildirilib ki, Keşlə qəsəbəsi, “Şanxay” adlanan ərazisində, Pəhlivan Fərzəliyev küçəsində minik maşını yük qatarı ilə toqquşub. Nəticədə qatar maşını bir neçə metr sürüyüb.

Qəsəbə sakini Ceyhun Rzayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə zamanı bir neçə evin həyəti, o cümlədən qaz borusu və elektrik dirəkləri sıradan çıxıb. Hadisə nəticəsində insanlar vahiməyə düşərək çölə axışıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə faktı təsdiqlədi. Onun sözlərinə görə, hadisə qorunmayan keçiddə baş verib.

“Hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Ərazidə qaz sızması baş verib. Hadisə yerinə aidiyatlı orqanların əməkdaşları cəlb olunub. Hadisənin nəticələri aradan qaldırılıb”, - deyə Nadir Əzməmmədov bildirib.

Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları baş verən qəzann səbəblərini araşdırır.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.