Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Peskov təsdiqlədi: Qarabağla bağlı gizli görüş olub!

4-10-2023, 17:47   




Təmaslar olub, lakin nəşrin materialında qeyd olunan danışıqlar olmayıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Politiko” qəzetinin ABŞ, AB və Rusiya rəsmilərinin İstanbulda Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqları barədə materialını şərh edərkən deyib.

“Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub, təbii ki, olub, amma bu, orada yazılan danışıqlar deyil”, - o bildirib.

Qeyd edək ki, “Politiko” 17 sentyabrda, Azərbaycan Ordusunun antiterror tədbirlərindən 2 gün öncə İstanbulda ABŞ, AB. və Rusiya arasında Qarabağla bağlı gizli müzakirə olduğu haqda məlumat yaymışdı.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar