Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ERMƏNİLƏRLƏ BİRGƏ YAŞAYA BİLƏRİKMİ? - "Ermənilər övladını öldürdüyü insanla necə gəlib qonşu olacaq?"

6-10-2023, 13:03   



Azərbaycan ermənilərlə birgəyaşayışla bağlı addım atmaqla elan etdiyi prinsiplərə sadiqliyini nümayiş etdirir. Artıq Qarabağdakı ermənilərin reinteqrasiyası prosesinə başlanıb və ermənilərlə birgəyaşayış reallaşır.

Hələki 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə Azərbaycan vətəndaşlığını qəbul edib. İstənilən halda birgəyaşayışın reallaşması uzun çəkən proses olacaq.

Bəs, biz buna psixoloji cəhətdən hazırıqmı?

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, keçmiş təhsil naziri Misir Mərdanov "Bizim.Media"-ya açıqlamasında bildirib ki, birgəyaşayış istənilən halda çətin olacaq: "Bu məsələ həddindən artıq dərinləşib və 30 il davam edib. On minlərlə qan tökülüb. Elə bir azərbaycanlı ailə ola bilməz ki, müharibədə bu və ya digər formada oğlunun, qohumunun, qardaşının və ya yaxın adamının qanı tökülməsin.Əlbəttə bir azərbaycanlı kimi düşünürəm ki, birgəyaşayış elə də asan olmayacaq.

Bu dəqiqə kim erməni ilə qonşu olmaq istəyər? Amma dünya, beynəlxalq aləm və siyasət var. Azərbaycan prezidentinin xalqımıza dediyi sözü öz fikirlərimlə mən də qeyd etmək istəyirəm. Biz dünyaya bəyan edirik ki, ermənilərin tayı deyilik və humanist xalqıq. Hətta bu qədər qan tökülməsinə, günahsız insanların ölümünə və dağıntıların olmağına baxmayaraq yenə də əvvəllər olduğu kimi Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər əgər Azərbaycanın konstitusiyasını qəbul etsələr, özlərini ölkəmizin vətəndaşı hesab etsələr, qayda-qanunlarımıza əməl etsələr, onlarla bir yerdə yaşaya bilərik. Ona görə də bu məsələ zaman alacaq. Amma başqa yol da görmürəm.

Görürsünüzmü, cəmi 15 erməni Azərbaycan vətəndaşlığını qəbul edib. Onlar üçün də birgəyaşayış çətindir. Törətdikləri hadisələri yaxşı xatırlayırlar və bilirlər ki, övladını öldürdüyü insanla necə gəlib qonşu olacaq? Yaxud, Xocalı faciəsini törədən, Gəncəyə raket atıb günahsız uşaqları qıranlarla biz necə qonşu ola bilərik?”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar