Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

‘Mən bir qarnı ac, bir qarnı tox övlad böyüdüb yola salmışdım, balamı versinlər...’

24-10-2023, 10:18   


Masallı rayonunun Ərkivan kənd sakini İlkin Zöhrabovun hərbi xidmətdən qayıtmasına 9 gün qalmış ölümüylə bağlı məhkəmə araşdırmaları yekunlaşıb.

Əsgəri intihar həddinə çatdırmaqda ittiham edilən gizir Mətləb Hacıyevə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bu cinayət işini araşdıran Tərtər Hərbi Məhkəməsi bu hadisədə onun təqsiri olmadığı qənaətinə gəlib.

M.Hacıyev tabeliyindəki başqa əsgərləri də incitməkdə təqsirləndirilirdi. Bu hərəkətlərə görə isə məhkəmə ona 2 il həbs cəzası təyin edib. İstintaq və məhkəmə getdiyi dövrdə 2 il həbsdə qaldığından, hökm oxunandan sonra o, məhkəmə zalından azadlığa buraxılıb.



“O hakim vaxtilə “Tərtər işi”ndə nə qədər adamın taleyilə oynayıb”

Mərhum əsgərin anası, zərərçəkmişin hüquqi varisi Səriyyə Zöhrabova prosesdən narazı qalıb və Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Düzdür, ana da təqsirləndirilən gizirin İlkini intihara vadar etdiyini düşünmür. S.Zöhrabovanın fikrincə, oğlu intihar etməyib, onu öldürüblər.

Ana məhkəmənin obyektiv, hərtərəfli araşdırma aparmamasına etiraz edir. O, oğlunun ölümüylə bağlı cinayət işinə baxan hakim İlqar Quliyevin adının “Tərtər işi”ndə məşhurlaşdığını da yada salıb:

“O hakim vaxtilə “Tərtər işi”ndə nə qədər adamın taleyilə oynayıb, amma heç kim ona söz demir, o, nəyə görə əməllərini bu gün də davam etdirir. Mən kasıb adamam, borc-xərclə Masallıdan Tərtər Hərbi Məhkəməsinə bir il gedib-gəldim ki, həqiqət ortaya çıxsın. Niyə araşdırmadı? Bu nə məhkəmədir?”

S.Zöhrabova AzadlıqRadiosuna danışır ki, hərbi xidmətdən qayıtmasına 9 gün qalan əsgərin özünü öldürməsi inandırıcı deyil. Onun sözlərinə görə, oğlunun intihar üçün səbəbi də olmayıb.

Cinayət işinin materiallarında iddia olunurdu ki, gizir Hacıyev tabeliyindəki əsgərləri, o cümlədən Zöhrabovu incidib, onu döyüb. O da dözməyərək, özünü avtomatla öldürüb.

Ancaq Hacıyev məhkəmədə bildirib ki, ittihamda yazılanlar yalandır, heç vaxt İlkini döyməyib, təhqir etməyib.

Füzuliyə köç kimlərin köçüdür?
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:004:250:00






“Adam özünü kürəyindən vura bilməz ki...”

Anası da deyir ki, meyitə baxıb, övladının bədənində işgəncə izi görməyib:

“Bir güllə izi vardı, o da kürəyindən girmişdi. Adam özünü kürəyindən vura bilməz ki... Deməli, onu kimsə vurub. O güllə uzaqdan atılmış güllə olub. Yaxından olsaydı, bədənini dağıdardı. Kiçik deşik vardı...”

S.Zöhrabova xüsusilə də Hərbi Prokurorluqdan narazıdır. Onun sözlərinə görə, bu qurumda oğlunun olümüylə bağlı yetərincə araşdırma aparılmayıb. Səbəbini də bilmir:

“Əgər oğlum intihar eləmişdisə, niyə şəhid kimi gətirib, şəhidlərin yanında dəfn elədilər? Sonra nə oyun qurdular, özüm də baş açmadım. Yaxşı, Mətləb Hacıyev də günahkar deyil. Bəs niyə ölüb mənim oğlum? Cavab versinlər. Mən bir qarnı ac, bir qarnı tox övlad böyüdüb yola salmışdım, balamı versinlər...”

Hadisə Kəlbəcərdə dağlıq ərazidə baş verib. Elə məhkəmənin hökmündə də göstərilib ki, prokurorluq İ.Zöhrabovu erməni hərbçilərinin vurması ehtimalını araşdırmayıb.

Məhkəmədə İ.Zöhrabovu erməni kəşfiyyatının vurması barədə ehtimallar səslənib.

“Ola bilər, İlkin Zöhrabov səs eşidib, silahı götürüb çadırdan çölə çıxıb. Həmin vaxt düşmən kəşfiyyatı tərəfindən vurulub”, - təqsirləndirilən M.Hacıyevin sözləridir.

Şahidlər Peyman Kazımov, Məhəmmədəli Babazadə də onun xidmət etdiyi postun qarşı tərəf hərbçilərinin yerləşdiyi əraziyə yaxın olduğunu vurğulayaraq, bu versiyanı istisna etməyiblər.

Hadisə 2021-ci il martın 22-də baş verib. İddia olunur ki, 2001-ci il doğumlu İlkin Zöhrabov özünü avtomatla güllələyərək intihar edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar