ABŞ-dan Əliyevə "Araiki azad et" çağırışı - Konqres nə günə qalıb ki...

11-11-2023, 08:40   





Amerikalı konqresmen Adam Şiff ABŞ hakimiyyətini Qarabağın separatçı rəhbərlərinin  hüquqlarının pozulmasına görə Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bundan başqa, Nümayəndələr Palatasına göndərilən qətnamə layihəsində Azərbaycana yardımın dayandırılması təklif edilir. Sənəddə qeyd olunur ki, Bakı erməni məhbusları, Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyinin nümayəndələrini dərhal azad etməlidir. Anaxeber.info bildirir ki, Konqresdə Adam Şiff, Bob Menendez kimi ermənipərəst üzvlər adla tanınır. Onlar erməni lobbisindən aldıqları pulla qidalanırlar. Ona görə ilk dəfə deyil ki, Bakıya qarşı çağırışlar səslənir, qətnamə layihələri irəli sürülür, sanksiyaların tətbiqi istənilir. Lakin indiyədək heç bir konqresmenin antiAzərbaycan layihəsi reallaşmayıb. Konqres və Dövlət Departamenti onların səsinə səs verməyib. Bu dəfə də fərqli qərar olmayacaq. Adam Şiff sadəcə aldığı lobbi pulunun əvəzini ödəyir. ABŞ Bakıda həbsdə olan Araik, Bako, Ruben, Arkadi və digərlərinə qahmar çıxa bilməz. Bu, rəsmi Vaşinqton üçün rüsvayçılıq olar. Bu şəxslər cinayət törədiblər,  mərkəzə tabe olmayaraq 20 faiz ərazidə oyuncaq hökumət qurublar, Azərbaycan Silahlı Qüvvələrinə aid olmayan hərbi birləşmələr saxlayıblar. Hər halda Amerikanın hər hansı ştatında Pentaqon belə xunta rejimi ilə çox sərt rəftar edərdi. Amerikalılar terrorla mübarizədə bin Ladeni, Qasım Süıeymanini bombardman edib, Səddamı asıb, Liviya, Suriya və Yuqoslaviya bombalanıb və ABŞ-NATO təmkinli davranmır. Azərbaycan da beynəlxalq terrorizmlə mübarizədə Amerika ilə koalisiyadadır. O zaman ərazilərimizdə terrorçu rejimin əsas fiqurlarını həbs etməyimizə görə niyə sanksiya tətbiq edilməlidir? Araik və qondarma rejimin həbsdə olan digər rəhbərlərini azad etməyə çağırmaq Konqresin, Amerikanın milli maraqlarının ziddinədir. Onlar siyasi mübarizə aparmayıblar, müxalifətdə olmayıblar, insan haqlarının müdafiəçiləri sayılmırlar, cinayətkar və marionet bir rejimin başçıları idilər, biz də bölgəni təhdid edən, postsovet məkanında separat ocaqlara stimul verən bu qüvvələri zərərsizləşdirmişik. Buna görə dünya bizə minnətdar olmalıdır. Çünki Cənubi Qafqazda sabitliyə xidmət edən addım atmaqla regionun təhlükəsiz və sabitlik içində olması üçün vacib əməliyyatlar həyata keçirmişik. Görünən odur ki, yenə də çağırışlar olacaq. Avropa İttifaqının Nümayəndə heyəti və Avropa Şurası Nazirlər Komitəsinin bəyanatında da oxşar ritorikaya rast gəlinirdi - Araiki, Vardanyanı azad edin!
Xankəndi paradından sonra belə bəyanatlar, çağırışlar olacağı gözlənilən idi. Amma əfsus ki, ünvan, dünyanın ən demokratik ölkəsi kimi özünü tanıdan Amerikanın Konqresi oldu. Yəni nə Fransa Senatı, nə Rusiya Duması, nə İran parlamenti, məhz ABŞ Konqresinin üzvü layihə təqdim edir ki, quldurbaşıları həbsdən buraxın... Eynilə Qərbdə də əleyhimizə qətnamələr qəbul olunur. Bu prosesdə Ermənistanı strateji olaraq müdafiə edən və Rusiyadan qoparmaq istəyən Qərb, gördüyü işi üzünə-gözünə bulaşdırmaqla, Azərbaycana haqsızlıq etməklə yerinə yetirir. Görün ABŞ Konqresinə kimlər seçilir - Araikə azadlıq istəyənlər...

Azər Talıbov 
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar