Əhaliyə XƏBƏRDARLIQ - Dekabrda bu günlərdə ehtiyatlı olun!

4-12-2023, 12:28   


Geomaqnit sahəsinin aktivliyi 1 dekabrda proqnozlaşdırıldığı kimi G3 (güclü) geomaqnit qasırğasınadək yüksəlib. Hazırda Kp indeksi 2-ə bərabərdir.

Musavat.com xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.

Proqnoz günlərində (04-11 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 04-06 dekabrda Tac Dəliyindən Yüksək Sürətli Axınların təsiri ilə yüksələ bilməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliyindən Yüksək Sürətli Axınların təsiri ilə 700km/san-dək artacağı və TKA-nın da əlavə təsiri gözlənilir.

Geomaqnit sahəsi–Tac Dəliyindən Yüksək Sürətli Axınların təsiri ilə bu gün G2 (orta) səviyyəli, sabah isə TKA-nın təsiri ilə G1 (zəif) geomaqnit qasırğası gözlənilir.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar