Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dələduzluqla üzləşmiş 165 ailə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təşəkkür etdi: Dövlətin bu dəstəyi sayəsində...

27-02-2024, 09:29   







Azərbaycanda zaman-zaman müxtəlif  tikinti şirkətlərinin meydana çıxaraq vətəndaşları şirnikləndirici vədlərlə aldatması halları olub. Bu cür MTK-lar ucuz qiymətə mənzillər təklif etməklə yüzlərlə payçını ələ alıb, sonda isə bir evin bir neçə şəxsə satıldığı, dələduzluğa yol verildiyi üzə çıxıb. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi uzun illərdir ki, bu istiqamətdə mübarizə aparır, onlarla belə tikinti firmasına cinayət işi açılıb, rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib. Bu məsələdə İdarə və onun rəhbərliyi kifayət qədər sərt, vətəndaşların müraciətlərinə həssasdır.  Ona görə də hansı tikinti şirkətindən vətəndaş şikayət edirsə, prokurorluğa müraciət olunursa, dərhal reaksiya verilir, araşdırma aparılır. Bu baxımdan Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov son dərəcə tələbkar, diqqətli və vətəndaşların müraciətlərinə kifayət qədər əhəmiyyət verən bir şəxsdir. Elə bunun bariz nəticəsidir ki, "Sahil - S İnşaat" tikinti şirkətindən mənzil alan vətəndaşların üzləşdiyi fırıldaq, dələduzluq, bina ilə bağlı problemlər çevik, operativ şəkildə araşdırıldı. Şirkətin fırıldağının qurbanı olan vətəndaşların prokurorluğa etdiyi müraciətlərdə məlumat verilirdi ki, bir mənzil bir neçə nəfərə satılıb və bu məsələnin araşdırılması üçün hörmətli Nazim Rəcəbovdan kömək istənilirdi. Elə çox keçmədi ki, şirkət rəhbərləri idarəyə dəvət olundular, mənzillərlə bağlı problemin həlli üçün onlara möhlət verildi, əks təqdirdə həbs ediləcəkləri nəzərə çatdırıldı. Lakin həmin dövrdə xəbərdarlıqdan heç bir nəticə çıxarmayan sözügedən tikinti şirkətinin sahiblərinə qanuna uyğun şəkildə cinayət işi açıldı, istintaq başladı və həbs qətimkan tədbiri seçildi. Yəni bu məsələnin çözülməsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov zaman belə tanıdı, şirkətlə vətəndaşlar arasında problemin həllinin tərəfdarı oldu, sadəcə, MTK sahibləri dələləduz əməllərinə düzəliş etmək istəmədilər. Lakin onların həbsi ilə məsələ yekunlaşmadı. İstintaq getdiyi dövrdə idarə rəisi Nazim Rəcəbov 165 ailənin problemlərinə hər zaman diqqət və qayğı göstərdi, tikintisi yarımçıq qalan binanın tamamlanması, kommunal infrastrukturunun qurulması, vətəndaşların mənzillərinə köçməsi üçün bütün hüquqi məsələlərin yoluna qoyulmasında dəstək verdi. Ona görə də indiyə qədər N.Rəcəbovun, bütövlükdə idarənin verdiyi dəstək, daim bu məsələləri diqqətdə saxlamasına görə sakinlər minnətdarlıq edirlər. Adıçəkilən şirkətdən mənzil alanlar bu illər ərzində göstərdiyi kömək üçün N.Rəcəbovdan razılıq edirlər. Onlar ayrıca vurğulayırlar ki, müstəntiq Emin Vəliyevin də bu məsələlərin nəzarətdə saxlanmasında xüsusi əməyi olub. Müstəntiq Emin Vəliyev hər zaman vətəndaşların müraciətlərinə diqqətlə yanaşıb, bu iş üzrə idarə rəisi Nazim Rəcəbovun tapşırıqlarını yerinə yetirib, sakinlərin problemlərinə öz şəxsi problemi kimi yanaşıblar. Odur ki, vətəndaşlar -165 ailə Dövlətə, Prezidentə, Baş Prokurora, Korrupsiya ilə Mübarizə Baş İdarəsinə, onun rəhbərliyinə, bu işdə zəhməti olan hər kəsə təşəkkür edir. Artıq demək olar ki, binanın bütün problemləri həllini tapmaqdadır və yaşayış üçün şərait mövcuddur. Bu da bir daha təsdiq edir ki, qanunsuzluğa yol vermiş kimsə qanunun verdiyi cəzadan qaça bilməz, eyni zamanda, vətəndaşlar da öz dövlətinə, onun hüquq-mühafizə orqanlarına güvənə bilər.

Azər Talıbov
Anaxeber.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar