"Kristal Abşeron"da "kristal" işlər - əyri bina, bataqlıq, it dişləməsi...

11-03-2024, 07:21   








"Kristal Abşeron" Bakıda tikdiyi binalarla tez-tez gündəmə gəlir. Şirkət özünün piarını ən yüksək səviyyədə aparsa da, o səviyyəyə cavab vermədiyi qalmaqallı hadisələrlə, sübutlarla öz əksini tapır. Məlum olur ki, tikinti firmasının inşa etdiyi binalardan gah biri əyilib, gah mənzillər keyfiyyətsizdir, gah da ərazisi təhlükəsizlik baxımdan təmin olunmayıb. Buna fakt kimi "Qobu Park-3" ərazisində itin uşağı dişləməsidir. Şirkət bina tikə bilir, əraziyə texnika yeridə bilir, amma təhlükəsizliyə qarantiya vermir. Nəticədə it məhz həmin ərazidə uşağı dişləyir. Daha əvvəl isə "Qobu Park-2” yaşayış kompleksində 16 saylı binanın sakinləri təhlükə ilə üz-üzə qalmışdı. Sakinlər bildirmişdilər ki, bina önə doğru əyilib. Hər an təhlükə yaşana bilər. Bu hal daha öncə digər binalarda da yaşanıb. Qrunt suları özülə axıb.  Zəlzələ olsa, bina yerlə bir olacaq - deyə əhali təşviş yaşamışdı. Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 rədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Dünyanın yüzlərlə, minlərlə nümayəndəsi və yaşıllığın müdafiəsində olan ölkələr paytaxtımızda beynəlxalq layihədə iştirak edəcəklər. Bu tədbir dövlətin birbaşa nəzarətində olan və təşkilində olan hadisədir. İndisə uşağı itin dişləməsi yenə də bu firmanı önə çıxarır. Çünki şirkət ərazisində təhlükəsizliyi təmin etməliydi. Qeyd edək ki, deputat Aqil Məmmədov, Razi Nurullayev dəfələrlə bu şirkətin keyfiyyətsiz, yararsız tikinti işləri apardığını deyiblər.

Anaxeber.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar