2013-cü ildə qətlə yetirilən Rusiyanın erməni əsilli kriminal başçısı Aslan Usoyanın ("Ded Xasan") keçmiş "sağ əli" və xələfi Yura Usoyan ələ keçirilib.
ANS PRESS-in məlumatına görə, keçən axşam Moskva mərkəzində “Qanuni oğruların Ümumrusiya iclası” adlandırılan məclis keçirilib. Avtoritetlərdən ibarət qrup “oğru söhbətləri”nin keçirilməsi ilə məşhur olan Presnesk rayonunda yerləşən “Boçka” kafesinə yığışıb.
Bu zaman hüquq-mühafizə orqanları ələ düşən fürsətdən istifadə edərək bütün ölkə üzrə məşhur olan kriminal avtoritetlərin həbsi ilə məşğul olub. Bunların arasında “Ded Hasan”ın xələfi Yura Usoyandan başqa, Yakutiya mütəşəkkil cinayətkar dəstəsinin lideri Vladimir Malakşin, daha bir erməni əsilli “Kotik” ləqəbli Georgiy Kalaşyan, “Tkaç Nyaqanskiy” ləqəbli Andrey Tkaçenko, “Zyat” ləqəbli Vladimir Zyatkov, “Voskres” ləqəbli Vasiliy Xristoforov da var.
Xüsusi əməliyyatı Moskva Cinayət-Axtarış İdarəsinin mütəşəkkil cinayətlə mübarizə şöbəsi, çevik qüvvələrin xüsusi dəstəsinin köməyi ilə həyata keçirib.
Yaxalananlar dindirilmə üçün polis bölməsinə aparılıb.