Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ərdoğanın partiyası məğlub olub

1-04-2024, 08:05   




Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri zamanı prezident Ərdoğanın rəhbərlik etdiyi hakim AKP partiyası məğlub olub. Ölkənin əksər bələdiyyələrində müxalif Cümhuriyyət Xalq Partiyasının nümayəndələri qalib gəlib.

Türkiyənin 81 vilayətinin hamısında bələdiyyə seçkiləri keçirilib. Onların mütləq əksəriyyətini demokratik qüvvələrin tərəfdarları qazandı.

Yerli müşahidəçilərin fikrincə, bu, Ərdoğanın partiyasının mövqelərinin ciddi şəkildə zəifləməsi və Cümhuriyyət Xalq Partiyasının rolunun güclənməsi deməkdir. Görünür, Ərdoğanın öz gücünün azalması da uzaqda deyil. Bunda ölkənin durmadan pisləşən iqtisadi vəziyyəti əsas rol oynayacaq. Buda növbədənkənar prezident və parlament seçkilərinə səbəb ola bilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar