Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır. Bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ABŞ dövlət katibi Entoni Blinken ilə aprelin 2 də Parisdə birgə mətbuat konfransı zamanı deyib.
“Biz bu gün Azərbaycanın təhdid etdiyi Ermənistanın ərazi bütövlüyü məsələsinə toxunduq. Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn külli miqdarda saxta xəbərləri görürük. Bakı bu gərginlikdə Yerevanı gunahlandırır, ona baxmayarag ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır.
Biz onu da görürük ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Biz bütün bunları Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində diqqət mərkəzində saxlamağa razılaşdıq”, - deyə Fransanın xarici işlər naziri bildirib.