"Lotereya vətəndaşı aldatmaq üçün düşünülən bir mexanizmdir" – Fazil Mustafa
7-05-2024, 12:13
İnsanlar şansa görə hərəkət etməməlidirlər və onlar belə təsadüfi şeylərə aldanmamalıdırlar. Bu sözləri açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, lotoreyalar məhz insanları aldatmaq məqsədi daşıyır: “Kimsə gedib, Topaz-dan bilet alır və bilir ki, burada aldatmaq riski böyükdür. Məhz lotoreyalar da həmin məqsədlə qurulur. Ona görə də, burada şikayətçi olmağın heç bir mənası yoxdur. Bu məqsədyönlü şəkildə vətəndaşı aldatmaq üçün düşünülən bir mexanizmdir. Vətəndaş əgər könüllü şəkildə aldanırsa, buradan hər hansı böyük bir qazanc əldə edəcəyini düşünürsə, təbii ki, bu hüquqi baxımdan doğru tələbdir. Amma mənəvi baxımdan insan özünü niyə bu aldadıcı şəbəkənin içində görməyə çalışsın ki? Ona görə də, ilk öncə insanlar bu yanaşmadan imtina etməli, daha sağlam yollarla gəlir əldə etmək üsullarını düşünməlidir”. Mehriban Mirzəzadə