Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha iki hərbçi həbs edilib.
KONKRET.az xəbər vberir ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu və Cəbrayıl Orucov dövlətə dəymiş ziyanı ödəmədikləri üçün barələrində tədbir görülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında C.Orucov və V.Novruzlu haqda həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən kapitanın işi üzrə dövlətə 300 min manat ziyan dəyib.
Qeyd edək ki, Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə nazirliyin Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nixami Məmmədov və daha bir neçə zabit həbs edilib.