"Şokki-mokki" şokolad yağları xərçəng yaradır?

4-06-2024, 08:18   






Son aylar uşaq qidaları, bu qidaların təhlükəsizliyi aktual mövzu olaraq yenidən gündəmə gəlib. Çünki ailələr narahatdırlar və övladlarına aldıqları məhsulların keyfiyyətinə bələd olmaq hüquqları var. Xüsusən də şokolad yağlarının tərkibi hamını maraqlandırır. Çünki ən böyük tələbat olan qidadır. Elə uşaq olmaz ki, şokolad yağı sevməsin. Onlardan biri marketlərdə tez-tez rastımıza çıxan, son vaxtlar da sürətli şəkildə reklam edilən "Şokki - mokki" şokolad yağıdır.
Anaxeber.info bu detalın üzərindən kiçik araşdırma aparıb və internet resurslarında bəzi məlumatlara rast gəlib. Bu faktlardan biri həmin şokolad yağının tərkibidir.
Məsələn, "Şokki-Mokki"də olan quru südü götürək. Deyilir ki, bir çox hazır qidanın istehsalı zamanı süd tozu istifadə edilir. Son illərdə süd tozunun tərkibinə protein miqdarını daha da artırmaq üçün melamin adlı kimyəvi maddə qatılır. Bu maddə neft-kimya məhsuludur və plastik istehsalında istifadə edilir və xərçəng xəstəliyi səbəbidir. Melamin süd tozuna qatıldıqda südün sahib olduğu protein dəyəri artır.
Digər qatqı soya lesitinidir. Geni dəyişdilmiş soyadan əldə edilir. Dünyada geni dəyişdirilməmiş soya yoxdur. Bir çox allergiyalara səbəb olur. Araşdırmalar nəticəsində soyanın insanlarda hormonal tarazlığı pozduğu, mineral maddələrin bədən tərəfindən udulmasına mane olduğu görülmüşdür. Elmi araşdırmalar zamanı soya qatqılı qidalarla qidalanan uşaqlarda estrogen hormonunun yetkinlik yaşına çatmış qadınların estrogen hormonu ilə eyni miqdarda olduğu ortaya çıxmışdır. Qaynaq : Setchell KDR, Zimmer-Nechemias L, Cai J et al.  Exposure of infants to phyto-estrogens from soy-based infant formula. Lancet. 1997:350: 23-7.
Sadəcə soya qatqılı qidalarla qidalanan uşaqların qəbul etdiyi estrogen hormonu ən az 5 hormonal dərmana bərabərdir. Son illərdə qız uşaqlarının yetkinlik dövrünə  tez çatması da bununla əlaqədardır. Qaynaq :  Irvine C, Fitzpatrick M, Robertson I, Woodhams D. The Potential Adverse Effects of Soybean Phytoestrogens in Infant Feeding, N Z Med J. 1995:24;108(1000):208-9.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar