Təqaüdə çıxan işçisi Kəmaləddin Heydərova müraciət etdi

5-06-2024, 11:51   






Mirzəyev Pərviz Gülağa oğlu 2005-ci ildən Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon bölməsində  işləyib. O, 2023-cü ilin dekabrında təqaüdə çıxıb. Anaxeber.info bildirir ki, P. Mirzəyev təqaüdə çıxandan sonra ona hesablama pulu verilməyib. Onun sözlərinə görə, iki dəfə 112 Xidmətinə zəng edib, orada deyilib ki, müraciətinizə baxılacaq, amma indiyə qədər cavab gəlməyib. Vətəndaş bildirir ki, "raşot" pulunu niyə vermədikləri izah olunmur. O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edərək bu probleminin həll olunmasını xahiş edir. Təqaüddə olan P. Mirzəyev FHN rəhbərindən bu məsələyə diqqət göstərilməsini istəyir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar