Zahid Oruc: “Əgər işğal altında olan rayonları təmsil edən hakimiyyət orqanları ləğv edilsəydi...”

5-06-2024, 16:32   



 

"Azərbaycan dövlətçilik tarixində Yeni Dövrün-qalib 100 ilin başlanğıcında, ərazi bütövlüyü və dövlət suverenlyinin təmin olunduğu bir şəraitində ilk növbədə, prezident seçkilərinin, xalqımızın qalib iradəsi ilə ali dövlət hakimiyyətinin təzədən formalaşdığı bir şəraitdə parlament, daha sonra yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsini yaşayır".

Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Bakıda keçirilən "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatı zamanı deyib.

Z.Oruc qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) yarandığı vaxtdan, idarəçiliyin fundamental məsələlərinə geniş yer verməklə yerli özünüidaretmə ilə bağlı bir neçə mühüm tədqiqat işini dövlət orqanları və geniş ictimaiyyətə təqdim edib:

"Bə­lə­diy­yə­çi­lik fe­no­me­ni­nə ge­niş ba­xı­şı özün­də ehti­va edən növbəti dəyərli əsər, mü­əl­lifi bə­lə­diy­yə eks­per­ti, Mərkəzimizlə yaxından əməkdaşlıq edən Fər­man Sal­man­lı­nın “Yer­li özü­nüi­da­rə­et­mə­nin tə­məl prinsip­lə­ri və ta­ri­xi in­ki­şaf mər­hə­lə­lə­ri” ad­lı ki­ta­bın­da yer­li özü­nüi­darə­et­mə­nin mü­hüm məsələləri  və üfiqi idarəçiliyin  tarixi inkişaf mərhələləri hərtərəfli  tədqiq olunub.

e90eb467-5fac-3662-86c6-def292999ecb_850.jpg (91 KB)

25 yaşlı yerli özünüidarə institutu-bələdiyyə orqanları müstəqil  Azərbaycan dövləti ilə eyni taleyi yaşayıb. Təməl prinsipi demərkəzləşmə-yəni, yalnız bir deyil, daha çox  mərkəzlərin və insanların özünidarəsi üzərində qurulan bir təsisat dövlət-hökumət orqanlarının üzərinə düşən mühüm vəzifələri paylaşmağa çalışsa da digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bələdiyyələr yarandığı gündən xarici təcavüz nəticəsində çətin çağırışlar və sınaqlarla üzə-üzə qalıblar. Bəllidir ki, bələdiyyələrin yaradılması üçün birinci şərt torpaqdır, ərazi vahidinin mövcudluğu və onun üzərində yaşayan əhali qrupudur. Lakin Ermənistanın işğalçılıq siyasəti ilə Qarabağda yaradılan yerli özünüidarə və dövlət-hökumət orqanları antikonstitusion olmaqla,  yerli özünidarə səlahiyyətlərinin də mənimsəmilməsi idi.

Ermənilər bələdiyyələri beynəlxalq tanınma alətinə, xalqın demokratik idarəetmə hadisəsinə çevirməklə ondan diplomatik silah kimi istiifadə edirdilər. “Qardaşlaşmış şəhər” bələdiyyələri siyasəti ilə xaricdə özlərinə partnyorlar qazanmaq, yerli özünidarə platfotması üzərindən separatizmi gücləndirməyə xidmət edirdi. Lakin 700  min azərbaycanlının hüquqlarının kobud şəkildə pozulması nəticəsiz qala bilməzdi.

Konstitusiyaya uyğun oaraq, Azərbaycan Respublikası unitar dövlətdir, ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Təkcə bu maddələr Qarabağın dağlıq hissəsində Azərbaycanın ərazi bütövlüyündən kənarda bütün idarəetmə orqanlarının qanunsuz yaradıldğını, hakimiyyətin mənsimsənildiyini və milli iradəni əks etdirmədiyini göstərirdi.

Azərbaycan Respublikası 103 yaşında! - Ajmedia.info

Vətən müharibəsində qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir. Xankəndi Zəfəri, azad torpaqlara Böyük qayıdışın həyata keçirilməsi ölkəmizin tarixində ilk dəfə, 7 fevral prezident seçkilərindən sonra Qarabağda yerli özünüidarə orqanlarının da yaradılmasına imkan verməklə, bütün vətəndaşların hüquqlarının bütöv yerinə yetirilməsi müstəqilliyimiz tarixində ilk parlaq nümunə olacaqdır.

Torpaqlarımızın itirildiyi dövrdə dövlətimiz işğal olunan rayonların yerli icra hakimiyyəti orqanlarını  qoruyub saxladı. Bu çətin vəzifəydi. Söhbət yerli qurumların saxlanmasına çəkilən külli miqdarda xərclərdən getmir, həm də hüquqi, mənəvi və siyasi baxımından hər bir azərbaycanlıya, o cümlədən dünyaya  mesaj idi ki, idarəetmə orqanlarının mövcudluğu geriyə qayıdışa olan inam deməkdir. Əgər işğal altında olan rayonları təmsil edən hakimiyyət orqanları ləğv edilsəydi, onun ağır hüquqi-siyasi və mənəvi-psixoloji nəticələri olardı.

6aad4749-f2e4-36c9-bd16-ad98cdf264d7_850.jpg (70 KB)

İndi son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət , yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə, yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var.

Bəli, bələdiyyələr hakimiyyətin qeyri-mərkəzləşdirilməsi üçün yaradılsa da, bəzən belə siyasəti güclü mərkəzi hökumət şəraitində dövlət sisteminə təhlükə kimi qiymətləndirirlər. 8 noyabr Zəfərindən sonra yeni institut, Prezidentin yerlərdə xüsusi nümayəndəsi təsisatının yaradılması, yeni bir qurumun yaşayış məntəqələrinin bərpasında müstəsna səlahiyyətlər qazanması, o cümlədən, azad torpaqlardan kənarda, Naxçıvan Muxtar respublikasının da idarəçiliyində xüsusi nümayəndəlik institutuna yer  verilməsi Prezidentin Qələbədən sonra gələcək idarəçilik modelinin əsas konsepsiyasını təşkil edir.

dret.jpg (64 KB)

Digər unitar dövlətlərdə olduğu kimi Azərbaycanda da əhalinin sosial, siyasi və iqtisadi hüquqları mərkəzi orqanlar tərəfindən təmin edilir.

Təəssüf ki, bələdiyyə institutu yaradılandan ona icra hakimiyyətlərin rəqibi kimi baxmağa çalışıblar. Dövlət hakimiyyət orqanları və bələdiyyələr arasında vəzifələrin-öhdəliklərin dəqiq bölgüsünün aparılmaması, bələdiyyə mülkiyyətinə  aid edilən torpaq və digər əmlakın məhdudluğu, 2007-ci ildən sonra torpaqların alınmasının yalnız hərrac yolu ilə həyata keçirilməsi, əhalinin böyük bir hissəsinin vergiləri ödəməməsi və sair problemlər yerli özünüidarənin zəif inkişafında mühüm rol oynayıb.

2023-cü ilin dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın məbləği 5 milyon 500 min manat olub.

Bələdiyyələrin səlahiyyət məhdudluğu, maliyyə resurslarının yetərsizliyi onun mühüm özünüidarə statusu qazanmasına mənfi təsir etsə də bələdiyyələrin sayı da burada az rol oynamayıb.

belediyye.jpg (148 KB)

Xatırladaq ki, 1999-cu ildə onların sayı 2667, 2004-də 2731 idi. Lakin bu qədər çox saylı olması səbəbilə məhdud əhali, torpaq sahəsi və resursları əhatə etməsi, dolğun büdcə formalaşdıra bilməməsi, yerli problemlərin öhdəsindən gəlməməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, bələdiyyələrin sayının azaldıması haqqında qərar qəbul edildi. Nəticədə, 2009-cu ildə 1716, 2014-cü ildə 1607, 2019-cu ildə isə 1606 bələdiyyə vahidi seçildi. Nəhayət, son 2024-cü ildə qəbul edilən qərarla ölkə üzrə son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla bələdiyyələrin birləşdirilməsi həyata keçirildi.

Bələdiyyələrin mənafelərinin qorunmasında mühüm yer tutan Asossiasiyalar birləşmə qərarını müsbət qiymətləndirirlər, lakin hökumətdən növbəti addımları gözləyirlər.  Dünyada yerli özünüi-darəetmə sistemlərinin formalaşmasında hər bir ölkənin tarixi inkişaf xüsusiyyətləri əhəmiyyətli rol oynayır. Daha konkret desək, eyni unitar quruluşa və prezident üsul-idarəsinə malik ölkələrdə hər bələdiyyə vahidinə düşən əhali sayı orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər təşkil edir. Ölkəmizdə isə bu rəqəm 6,5 min nəfərdir. Əhalinin hər 100 min nəfərinə düşən bələdiyyə sayı orta hesabla Türkiyədə 1,6, Gürcüstanda 1,8, Estoniyada 5,9, Azərbaycanda isə 16,1 bələdiyyə təşkil etdir.

Qeyri rəsmi rəqəmlərə görə 2023-cü ildə bütün bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb, lakin 1600-dən çox bələdiyyə üçün bu rəqəm 2005-ci ildəki 50 milyonluq səviyyədən də aşağıdır.

file-20180918-158240-1jd9gm6.jpg (92 KB)

STM-in keçirdiyi ictimai rəy soğrusunun nəticələrinə görə, sosial yardımların təminatçıları arasında bələdiyyələr 8.7%, yerli icra hakimiyyətləri 22.8%, nazirlik və komitələrin yerli bölmələri 43.4% təşkil edib. Oxşar tendensiya məşğulluq sahəsində də mövcuddur. Razılaşın ki, qeyri-mütənasib bölgüdür və mərkəzi hakimiyyət orqanlarının üzərinə düşən vəzifələr daha çoxdur.

Ona görə də əhali ilə birinci zolaqda, ictimai kommunikasiyada yerli sosial-iqtisadi ehtiyaclarının ödənməsi, ərazinin inkişaf planlarının yerinə yetirilməsi və nəhayət, kadr potensialının formalaşdırılması mümkün olardısa, onda ali icra hakimiyyətinin rəhbəri kimi Prezidentə və Birinci vitse-prezidentə edilən müraciətlərin sayı kəskin azalar, problemlərin siyasiləşdirilərək, mediada tirajlanması ilə dövlətin sosial siyasətinə kölgə salmaq ənənəsinə zərbə vurular,  vətəndaş məmnuniyyəti artar və hakimiyyət orqanları arasında düzgün səlahiyyət balansı yaranardı. Ona görə də qarşıdan gələn parlament və bələdiyyə seçkilərini nəzərə alaraq, institusional islahatları gücləndirmək vacibdir. Böyük qayıdışın həyata keçirilməsində, azad torpaqlarda yeni infrastruktur quruculuğunda, o cümlədən yerli ekoloji problemlərin həllində bələdiyyə orqanlarına yer vermək məskunlaşma siyasətində vətəndaş iştirakçılğına geniş  şərait yaradardı.

Beləliklə, bir daha Vətən müharibəsinin nəticələrini dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsinə çevirməklə, biz millətimizin gözləntilərini doğrulda bilərik".

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar