“SSRİ-nin “kitabı bağlanıb”, Avropa ölkələrini vuracağıq” – Putin gah hədələdi, gah geri çəkildi

6-06-2024, 09:47   




A A




Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə maraql; açıqlamalarla çıxış edib.

SAVASH.ORG xəbər verir ki, gah hədələyici tonda danışan, gah da əvvəlki sərt ritorikasından kəskin şəkildə fərqlənən yumşaq açıqlamalarla yadda qalan Putin müxtəlif mövzulara toxunub.

Ölkəsinin ABŞ-nin daxili siyasətinə heç vaxt qarışmadığını söyləyən Putin bunun ardınca hədələyici obrazda görünməyi lazım bilib:

“Qərb ölkələrinin iştirakı ilə Rusiya Federasiyasına zərbələr endirilməsi onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir”.

Putin ölkəsinin nüvə doktrinasına istinad edərək vurğulayıb ki, Rusiya Federasiyası təhdidlər baş verəcəyi təqdirdə, əlində olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edir.

Rusiya lideri əlavə edib ki, ölkəsi öz uzaqmənzilli silahlarını dünyanın regionlarına çatdıra bilər, haradan ki, Ukraynaya silah verən ölkələrə həssas zərbələr endiriləcək.

Onun ən diqqətçəkən açıqlamalarından biri isə  Rusiyanın imperiya ambisiyalarının yoxluğu ilə bağlı dedikləri olub.

Putin qeyd edib ki, Rusiya SSRİ-ni dirçəltməyə çalışmır, o səhifə artıq qapanıb.

“Rusiya Federasiyasının NATO-ya hücum etmək istədiyini iddia edən Qərb öz əhalisini aldatmağa və “imperiya mövqeyini” saxlamağa çalışır”, deyə Rusiya lideri vurğulayıb.

Putin əlavə edib ki, Rusiya Federasiyasının NATO-ya hücum planları ilə bağlı bəyanatların müəllifləri axmaqdır və belə bəyanatların özü cəfəngiyyatdır.

Orxan HƏSƏNLİ

SAVASH.ORG

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar