Kəmaləddin Heydərovdan Prezidentə ŞİKAYƏT edildi: Pulumu vermir...

13-06-2024, 13:14   





İyunun 5-də Mirzəyev Pərviz Gülağa oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edərək probleminin həll olunmasını xahiş etmişdi. O, bildirmişdi ki, 2005-ci ildən Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon bölməsində işləyib,  2023-cü ilin dekabrında isə təqaüdə çıxıb. P.Mirzəyev nazirə müraciətində qeyd etmişdi ki, təqaüdə çıxandan sonra ona hesablama pulu verilməyib. Onun sözlərinə görə, iki dəfə 112 Xidmətinə zəng edib, oradan isə deyilib ki, müraciətinizə baxılacaq. Amma indiyə qədər nə o müraciətə cavab gəlməyib, nə də onun nazir K.Heydərova media üzərindən etdiyi xahişə...
Vətəndaş növbəti dəfə saytımız vasitəsi ilə müraciət edərək "raşot" pulunu ona niyə vermədiklərinə aydınlıq gətirilməsini istəyib. P.Mirzəyev Prezident İlham Əliyevə üz tutaraq qeyd edib ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova etdiyi müraciət indiyə qədər nəticəsiz qalıb və rəsmi bir söz də deyilməyib. 
Təqaüddə olan P.Mirzəyev dövlət başçısından xahiş edir ki, bu məsələ ilə bağlı FHN rəhbərliyinə, aidiyyatı struktura müvafiq tapşırıq verilsin, onun üçün böyük, nazirlik üçün kiçik bir məsələ olan bu problem həllini tapsın. Dövlət Yanğından Mühafizə Xidmətinin peşəkar əməkdaşlarından olmuş P.Mirzəyev təəssüf edir ki, uzun müddət işlədiyi qurumun rəhbərliyi onun bu müraciətlərini susqunluqla qarşılayır və cavabsız qoyur. 
O, ümid edirdi ki, nazir Kəmaləddin Heydərov təqaüdə çıxmış keçmiş işçisinə münasibətdə qayğıkeş, diqqətcil olacaq: “Çünki həmişə eşitmişik ki, cənab nazir ona edilən müraciətlərə həsasslıqla yanaşır, vətəndaşlara kömək etməyə çalışır. Amma nədənsə mən hesablama pulumu almaq üçün etdiyim xahişə quru cavab da gəlməyib. Odur ki, cənab Prezidentə müraciət edərək bu işin müsbət həllini tapması üçün göstəriş verməsini xahiş edirəm”.

Anaxeber. info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.