Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.
Müraciət mətnini deputat Tahir Rzayev oxuyub.
Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.
***
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.
Bu barədə spiker Sahibə Qafarova bugünkü çıxışı zamanı deyib. Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.
Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.
Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.
***
Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər.
APA-nın xəbərinə görə, bununla bağlı müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.
Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir: “YAP-ı Milli Məclisdə təmsil edən deputatlar 6-cı çağırış Milli Məclisin buraxılmasını xahiş edir”.
"Növbədənklənar parlament seçkilərinin keçirilməsi zəruridir."
Bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bildirib ki, COP-29-a qədər parlamentin tam formalaşması zəruridir: “Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan komitəmiz olaraq, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqsədə müvafiq hesab edirik”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
****
Milli Məclisin növbədənkənar sessiyasının iclası öz işinə başlayıb.
Spiker Sahibə Qafarova bildirdi ki, ilk olaraq Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar Milli Məclis üzvlərinin Prezident İlham Əliyevə müraciəti qəbul ediləcək.
Parlament sədri sözügedən məsələ ilə bağlı çıxış edib.
Hazırda deputat Hikmət Məmmədov (Babaoğlu) hakim Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Prezidentə müraciətin mətnini təqdim edir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
***
Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər.
Bununla bağlı müraciət parlamentə daxil olub.
Prosedura uyğun olaraq, məsələ parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Hikmət Babaoğlu da APA-ya açıqlamasında bildirib ki, YAP İdarə Heyətinin 20 iyun 2024-cü il tarixində keçirilən iclasında uyğun qərar qəbul edilib və YAP-dan olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etməyi məqsədə müvafiq hesab ediblər.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.