Azərbaycanlı əsgər döyüşdə həlak olub, yoxsa özünü öldürüb? Ailə cavab istəyir

10-07-2024, 11:49   


Ötən il Laçında hərbi xidmətdə olarkən həlak olmuş 19 yaşlı Nihad Nəzərzadənin ölüm səbəbi üç dəfə dəyişdirilib: ailəyə təqdim edilən rəsmi sənədlərdə bunu görmək olur.

Nihad Nəzərzadə Laçında, Ermənistanla sərhəddəki postlarından birində xidmət edib. Lakin 2023-cü ilin martın 12-də ölüb.

Hərbi hissədən onun ailəsinə göstərilmiş ilk sənəddə bildirilir ki, Nihad Nəzərzadə “Xidməti döyüş tapşırıqlarını yerinə yetirərkən güllə yarasından həlak olub”. Son sənədə görə isə o, intihar həddinə çatdırılıb və onun bir əsgər yoldaşı buna görə həbs olunub.

Nihadın ölümünə görə onun əsgər yoldaşını həbs edən Füzuli Hərbi Məhkəməsindən BBC-yə bildirilib ki, Məhkəmə Nihad Nəzərzadənin ailəsinin işə aid olan vəsatətlərin təmin edib, bəzilərinsə rədd edib.

Məhkəmədən o da bildirilib ki, hazırda apelyasiya instansiya məhkəməsində Nihadın əsgər yoldaşı “tərəfindən verilmiş şikayətə baxılır”.

Azərbaycanın Hərbi Prokurorluğundan əsgərin ölüm səbəbinin üç dəfə dəyişdirilməsi ilə bağlı BBC-nin rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, “elə şeylər var ki, onlar barədə məlumat verməyi qanunvericilik qadağan edir”. Ancaq qurum qanunveriliciyin bu məsələdə nəyi qadağan etdiyinin izahını verməyib.

Video açılmırsa YouTube kanalımızda baxın.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar