Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Pyotr Poroşenkonun Milanda keçiriləcək “Asiya-Avropa” Forumu sammitində görüşü gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuriy Uşakov məlumat verib.
“Gələn həftə Rusiya prezidenti “Asiya-Avropa” Forumu sammitində iştirak etmək üçün İtaliyaya səfər edəcək. Səfər zamanı Putin Ukrayna məsələsi ilə bağlı qərbli tərəfdaşları ilə müzakirələr aparacaq”, - Uşakov bildirib.
Onun sözlərinə görə, Kreml administrasiyası məsələ ilə bağlı bütün mümkün əlaqələr üzərində işləyir.
Uşakov bildirib ki, “Normand formatında” – Poroşenko, Putin, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə görüşün keçirilməsi istisna olunmur.
Kreml rəsmisi onu da qeyd edib ki, Vladimir Putin sammitdə iştirak etmək üçün rəsmi dəvət alıb