Yeni Azərbaycan Partiyası 125 seçki dairəsi üzrə namizədlərini irəli sürüb.
Bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında bildirilib.
Qeyd edilib ki, partiya bütün dairələrdən namizədlərini irəli sürüb.
***
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
APA-nın xəbərinə görə, iclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
***
Sabah saat 10-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası çağırılıb.
“AzPolitika.info”-ya partiyadakı mənbələrdən daxil olan məlumata görə, gündəlikdə duran əsas məsələ YAP-ın 1 sentyabr parlament seçkilərində iştirak edəcək rəsmi namizədlərinin siyahısını təsdiq etməkdir.
Artıq siyahı hazırdır və partiyanın rəhbərliyi ilə razılaşdırılıb. İdarə Heyətinin təsdiqindən sonra siyahı elan ediləcək.
YAP namizədlər siyahısını elan edəndən sonra yeni parlamentin tərkibini təxmin etmək o qədər də çətin olmayacaq...
“AzPoltika.info”