ABŞ: Cənubi Qafqaz ölkələri çox mühüm seçim qarşısındadırlar - “Rusiyanın hər bir qonşusu gözüaçıq yatmalıdır”.

26-07-2024, 09:31   



“Əliyev müasir Azərbaycanın onun hakimiyyəti altında necə olması və dünyaya nə təqdim etmək istədiyi barədə qərar verməlidir”

ABŞ Cənubi Qafqazın hər üç ölkəsinin “çox mühüm seçim” etməli olduğunu bəyan edib.

Bu barədə iyulun 24-də dövlət katibinin köməkçisinin müavini Yuri Kim Vaşinqtondakı Karnegi Fondunda çıxışı zamanı bildirib.

Məlumatı “Turan” yayıb.

Yuri Kim Vaşinqtonun Azərbaycanla tamqiymətli, mükəmməl münasibətlər istədiyini qeyd edib:

“Bu, o deməkdir ki, ABŞ Azərbaycanın Avropa ilə, məsələn, Cənub Qaz Dəhlizilə enerji əməkdaşlığı ilə yanaşı, vəziyyətin yaxşılaşdırılması üçün başqa sahələrdə də Bakını dəstəkləyir. Söhbət xüsusən də insan hüquqlarına aiddir. Məsələn, azərbaycanlı alim Qubad İbadoğlunun həbsdən bu yaxınlarda azad edilməsi “düzgün istiqamətə” işarə edir, lakin o, ev dustaqlığına buraxıldığı üçün iş axıra çatdırılmayıb”.

“Prezident Əliyevin noyabrda keçiriləcək “COP29”-da öz ölkəsini dünyaya göstərmək üçün gözəl fürsəti var. Əliyev müasir Azərbaycanın onun hakimiyyəti altında necə olması və dünyaya nə təqdim etmək istədiyi barədə qərar verməlidir”, – deyə Kim əlavə edib.

Yuri Kim Rusiyanın qonşuları üçün yaratdığı təhdidlərinə də toxunub:

“Rusiyanın hər bir qonşusu gözüaçıq yatmalıdır”.

Onun sözlərinə görə, Ermənistan alternativlər axtarır:

Bu, o demək deyil ki, onların Rusiya ilə münasibətləri pisləşir. Biz, həqiqətən, Ermənistanın münasibətlərini şaxələndirmək, təhlükəsizliyini, iqtisadi rifahını gücləndirmək və düşməni ilə sülh müqaviləsi imzalamaq səylərinə mümkün qədər dəstək vermək istəyirik”.

Vaşinqton Bakı və Yerevan arasında sülh razılaşmasına nail olmaq üçün əlaqələri düzəltməyə çalışmaqla yanaşı, eyni zamanda digər elementləri nəzərdən keçirir. Cari maliyyə ilində təxminən 77 milyon ayrılıb, bu, iki il əvvəlkindən iki dəfə çoxdur. Bu vəsaitlər Ermənistanın iqlim və ərzaq təhlükəsizliyi kimi məsələlərdə dayanıqlığına və Ermənistanı təcriddən çıxarmağa yönəldiləcək”, – Kim USAID-in köməyinə toxunaraq deyib.

Yuri Kim (solda). Foto: “Turan”

Dövlət katibinin köməkçisinin müavini Gürcüstanda baş verən son hadisələrin məyusluq doğurduğunu söyləyib:

Çünki Gürcüstan əvvəllər regionun aparıcı ölkəsi idi”.

O, “xarici agentlər” qanununu xatırladaraq qeyd edib ki, qanun gürcü QHT-lərini maliyyələrinin 20 faizdən çoxunu xaricdən aldıqları halda xarici agent kimi qeydiyyatdan keçirməyə məcbur edir.

Gürcüstan kimi demokratik ölkələr öz xalqını dinləməyə borcludurlar. Bu ölkənin xalqı ardıcıl olaraq bildirirlər ki, təkcə iqtisadi inteqrasiya baxımından deyil, həm də institusional mədəni dəyərlər baxımından Avropanın yanında olmaq istəyirlər. Gürcülərin “xarici agentlər” haqqında qəbul etdikləri qanun tamamilə yanlış addımdır. Söhbət Kremlin etdiklərini təkrarlayan qanundan gedir”.

Gürcü xalqı ilə yaxınlığımız əvvəlki kimi qalır, lakin “Gürcü Arzusu” ilə münasibətlər bizim istədiyimiz kimi deyil”, – Yuri Kim bildirib.

Diplomat Rəsmi Tbilisinin ittihamlarına cavab verib:

“Onlar deyəndə ki, ABŞ Gürcüstanda ikinci cəbhə açmaq istəyir, bu yalandır! Siz Amerika Prezidentinin şəxsi nümayəndəsi olan Amerika səfirinin dövlət çevrilişi əməliyyatına hansısa yolla rəhbərlik etdiyini iddia edirsiz, bu, yenə saxta xəbərdir! Gürcüstana zərər vurmaq istəyən “qlobal müharibə partiyası”nın olduğunu iddia edirsiz, bu da saxta xəbərdir!”.

Gürcü Arzusu” hökuməti “öz xalqını təmsil etdiyini və ölkəsinin gələcəyini Avropada və Birləşmiş Ştatlarla sıx münasibətlərdə gördüyünü bəyan edib, sonra da Rusiyadakı adamlarınızın sizə verdiyi tapşırığı yerinə yetirə bilməz. Xüsusilə ölkənin 20 faizi Rusiyanın işğalı altında olduğu bir vaxtda bu axmaqlıqdır”, – deyə Kim fikrini yekunlaşdırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.