Deputatlığa namizəd Prezidentə müraciət etdi: 98 saylı Bərdə-Tərtər Seçki Dairəsində olan dələduzlar...

29-07-2024, 11:12   





Deputatlığa namizədliyini irəli sürmüş tanınmış bloger Elçin Lənbəranski Prezident İlham Əliyevə müraciət edib. Sosial mediada müraciətini yayan Elçin Lənbəranski 98 saylı Bərdə-Tərtər Seçki Dairəsinin heç bir ciddi əsas olmadan onun namizədliyini qeydə almadığını açıqlayıb. Anaxeber.info bildirir ki, bloger dövlət başçısına müraciətində 98 saylı Bərdə-Tərtər Seçki Dairəsi Komissiyasında dələduzların oturduğunu söyləyib. Onun sözlərinə görə, qapı-qapı, ev-ev gəzərək tələb olunan imza vərəqələrini toplayıb və 500 imza DSK-ya təqdim edib. "Cənab Prezident, amma burada, oturan dələduzlar namizədliyimi qeydə almadı. Buna da səbəb göstərirlər ki, mənim 0.27 sot adıma torpaq var imiş. Heç mənim xəbərim yoxdur ki, adıma çox kiçik bir torpaq sahəsi var. Axı 0.27 sot nə böyük ərazidir ki? Hətta mən təklif etdim ki, o torpaq sahəsinin adımdan çıxarmağa da razıyam, problemin həlli nədirsə edək, çəkdiyimiz zəhmət, yığdığımız imzalar boşa getməsin. Amma imkan verdilər və namizədliyimi qeydə almadılar".
Lənbəranski əmindir ki, bu qərar bərdəlilərin ona olan sevgisindən, hörmətindən qorxmaqdır: "Cənab Prezident, mən məhkəməyə müraciət edəcəm, amma bilirəm ki, gec olacaq. Ona görə Sizə müraciət edirəm".

 Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar