İŞİD komandiri Qafqaza gəlir

10-10-2014, 14:45   
İŞİD komandiri Qafqaza gəlirÖmər əl-Şişani adı ilə məşhur olan İŞİD komandirlərindən Tarxan Batiraşvili Qafqazaya geri qayıdır. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb.
Agentlik Ömər əl-Şişaninin bu sözləri atası ilə telefon danışığı zamanı dediyini bildirib: “Biz Rusiyadan Gürcüstanın intiqamını alacağıq. Geriyə qayıdacaq və rusların dərsini verəcəyik. Mən gələcəyəm, arxamca da minlərlə insan gələcək”.
Qeyd edək ki, Tarxan Batiraşvili milliyətcə gürcüdür. O, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumuna qarşı vuruşub. Sonradan Batiraşvili qanunsuz silah saxladığına görə həbs olunub. Azad olunduqdan sonra Türkiyəyə yollanıb və buradan da Suriyaya keçib. İlk vaxtlar Ceyş əl-Muxadjirin val-Ənsar qruplaşmasının komandiri olsa da, sonradan İŞİD-ə qoşulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.