Kobani şəhərində davam edən döyüşlərin Suriya-Türkiyə sərhədinə yaxınlaşması səbəbindən qardaş ölkənin Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.
Diyarbəkirdən havaya qalxan dörd ədəd F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.
Başqa bir məlumatda isə bildirilir ki, oktyabrın 10-da Suriya ərazisindən Türkiyə sərhədçilərinə atəş açılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.