İraqın qərbində və şimalında 61 İŞİD döyüşçüsü öldürülüb

11-10-2014, 11:40   
.İraqın qərbində və şimalında 61 İŞİD döyüşçüsü öldürülüb

ANS PRESS-in məlumatına görə, beynəlxalq koalisiyaya aid döyüş təyyarələrinin və İraq ordusunun hücumları zamanı özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatına ağır zərbələr endirilib.

İraq ordusunun hücumları zamanı İŞİD-ə məxsus 20 nəqliyyat vasitəsi, 2 tank və yanacaq daşıyan 2 tanker məhv edilib. İŞİD-in Mosulun Zimmar ərazisindəki bazaları isə beynəlxalq koalisiyaya aid döyüş təyyarələri tərəfindən bombalanıb. Hücumlar zamanı terrorçuların xeyli itki verdiyi məlum olub.

İraqda əməliyyatlar keçirən komandirlərdən olan Abdulvahhab əs Səidi İŞİD ilə bağlı faktlar açıqlayıb. O bildirib ki, terrorçular 2 ay əvvəl Salahaddin bölgəsinə hücum zamanı Rəd əl-Azzavi adlı televiziya operatoru və qardaşını, həmçinin, 2 vətəndaşı qaçırıb. Həmin şəxslərin edam edildiyi güman edilir.

Cəsədlərin harada olduğunun hələ bilinmədiyini deyən Səidi faktla bağlı araşdırmalar aparıldığını söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.