Azərbaycanda ata qızının başını kəsd

11-10-2014, 15:05   
Azərbaycanda ata qızının başını kəsdi

Azərbaycanda ata qızının başını kəsdi
Biləsuvar rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev 1986-cı il təvəllüdlü qızı Aidə Hacıyevanın başını bıçaqla kəsərək qətlə yetirib.

Hadisəni törədən T. Hacıyev könüllü olaraq polisə təslim olub.

Polis hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri “Qafqazinfo” saytı yayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.