7 rayon necə qayıdacaq?

11-10-2014, 16:17   
7 rayon necə qayıdacaq?
Rus politoloq Sergey Markov yenə Qarabağdan danışdı



Xəbərçi Azərbaycan və Ermənistanın böyük güzəştləri üçün əlverişli geosiyasi durum yaranıb.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov bildirib.

Rus politoloq Azərbaycan və Ermənistan siyasətçilərinin Qarabağı qaytarılması üzrə fəal danışıqlar aparması barədə daha əvvəl dediyi sözləri də xatırladıb və ehtimal etdiyi güzəştləri bununla bağlayıb. Onun fikrincə, güzəşt dedikdə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarması, Azərbaycan və Türkiyənin isə sərhədləri açması başa düşülməlidir.

“Amma, mənim fikrimcə, bu müvəqqəti həlldir, çünki Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirmir. Amma bununla belə bu, müsbət danışıqlar üçün əsas yaradır”,- deyə Sergey Markov vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.