Ərzaq məhsullarının qiyməti artdı - Rəsmi

11-10-2014, 16:27   
Ərzaq məhsullarının qiyməti artdı - Rəsmi
Ərzaq məhsullarının qiyməti artdı - Rəsmi
2014-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, narın, üzümün, şabalıdın, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma qeydə alınıb.

Düyünün, makaronun, mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, limonun, portağalın, bananın, şaftalının, gavalının, qarpızın, yemişin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, kartofun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunmuşdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.