22 illik kitab

11-10-2014, 16:58   
22 illik kitab

Yaşadıqca hər şeyi anlayıram - dostluğu, sevgini, xəyanəti, əsas da valdeynlərimi, əzizlərimi tanıdım. Uşaq olanda hər şey o qədər asandı ki…
Həyat bir kitabdı…
Kitab kimi hər gün vərəqlənir. Hər gün də bir vərəq oxunur. Dostluq qurmaq asandı, amma onu qoruyub saxlamaq o qədər cətindi ki…
Dostluqda sirr, acı, xoşbəxtlik, müqəddəs, iradəli, cəsarət olmalıdı. Dostluqda dostluq sevgisi olmalıdı.
Qədim zamanlarda dostluq insanlar üçün ən mühim amil idi. İndiki zamanda isə dostluq yalnız puldan ibarətdi. Bəzi adamlara pullu insan lazımdı. Onlar dostluğa belə dəyər verirlər. Elə insanlar yalnız, özlərini tanıyırlar...
Dostluq sadiqlik tələb edir. Çalişmaq lazımdı ki, ömrümüz boyu özümüzə elə bir dost seçək ki, hec vaxt peşman olmayaq və o insan daim yanımızda olsun, pis gündə də, yaxşı gündə də…
Sevgi istənilən vaxt qapımızı döyə bilər. Bir sözlə, bir hərəkətlə, bir baxışla vurula bilərsən. Bu o demək deyil ki, bu əsil sevgidi. Əsl sevgidə təmiz ürək olmalıdı, saflıq olmalıdı. Nə yazıq ki, bu zamanda bu da yoxdur. Artıq xəyanət hər seydə olur – sevgidə də, dostluqda da, ailədə də. Bunların hamısını mən də 22 illik həyatımda gördüm…
Xəyanət həyatda ən bağışlanılmaz hadisədi və mən şəxsən ölümü ondan üstün tuturam. Əgər sizin üçün dəyərli bir insana xəyanət etdirsinizsə aə o, bunu bilirsə, o zaman artıq o insan əzab çəkir və getdikcə siz onu itirirsiz…
Valdeynlər heç vaxt bizim pis günümüzü istəməz. Düzdü, bəzi valideynlər usaqlar arasında fərq qoyurlar. Və məncə bu düzgün hal deyil. Mənim valdeynlərim də mənə fərq qoydular. Mən isə həyatımda bir insanı seçməklə onlara cox acı verdim. Artıq başa düşürəm, kaş ki, onlara qulaq asardım. Amma artıq gecdi. Yenə də onları çox istəyirəm və ailəmə sadiqəm…
Hələ də çalışıram həyatı öyrənməyi. Dediyim kimi, həyat bir kitabdı hər gün o kitabı oxuyuram.

Aydan İsgəndərova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.