Kürdəmir sakini balta ilə mağazaya hücum edərək pulları aparıb - FOTO

11-10-2014, 17:19   
Kürdəmir sakini balta ilə mağazaya hücum edərək pulları aparıb - FOTO

Kürdəmir sakini balta ilə mağazaya hücum edərək pulları aparıb - FOTO
Kürdəmir rayonunda mağazadan soyğunçuluq edən şəxs saxlanılıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında qeydə alınıb. Rayonun Xırdapay kənd sakini Sərxan Əhmədov ona məxsus mağazaya naməlum şəxsin balta ilə hücum edərək soyğunçuluq etməsi barədə Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Dükan sahibinin sözlərinə görə, naməlum şəxs balta ilə mağazanın işçilərinə hədə-qorxu gələrək kassada olan pulları götürərək qaçıb. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış işləri həyata keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir sakini Xəqani Allahyarov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs əməllərini etiraf edib. Xəqani Allahyarovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.