Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hacılarımız geri qaydır (FOTO)

11-10-2014, 17:44   
Hacılarımız geri qaydır (FOTO)
Ziyarətdən qayıdanlar arasında yaşlılar üstünlük təşkil edir

Din Müqəddəs Həcc ziyarəti artıq başa çatıb və Hacılar bu gündən etibarən Azərbaycana qayıdırlar.

ilk qayıdış reysi bu gün saat 14:06-da olub. Gün ərzində daha bir neçə reys olacaq. Ümumilikdə isə oktyabrın 11-dən 15-ə qədər Səudiyyə Ərəbistanından Azərbaycana reyslər olacaq.

Müqəddəs ziyarətdən qayıdanlar xoş təəssüratlarını bölüşdülər və Müqəddəs ziyarətin insanların mənəvi paklanmasında böyük təsirinin olduğunu bildirdilər. Müsahiblərimiz Müqəddəs Həcc ziyarəti arzusunda olanlara da bu ziyarətin nəsib olmasını dilədilər.

Hacıları qarşılamaq üçün Heydər Əliyev adına hava limanına hacıların doğmaları, dostları, övladları, nəvələri gəlmişdi. Diqqəti cəlb edən cəhət isə o idi ki, müqəddəs ziyarətdən qayıdanlar içərisində yaşlılar üstünlük təşkil etsə də, aralarında gənc və hətta yeniyetmələr də var idi.

Xatırladaq ki, bu il Həcc ziyarətinə gediş reysləri sentyabrın 23-28-nə, qayıdış isə oktyabrın 11-15-nə planlaşdırılmışdı. İŞİD terror qruplaşması ilə bağlı təhlükə səbəbindən gediş yalnız təyyarə ilə həyata keçirilib. Zəvvarlarımızı qrup rəhbərləri və həkim briqadası müşayiət edib.

Allah ziyarətinizi qəbul etsin

























Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar