Avtoyuma kralı» olan icra başçısı

11-10-2014, 19:38   
Avtoyuma kralı» olan icra başçısı

Abdin Fərzəliyev Nərimanov rayonunda belə məntəqələrin açılmasından milyonlar qazanır

Bakıda ən gəlirli sahələrdən biri sayılan avtoyuma biznes idə inhisarda imiş. JAM.AZ-ın ilkin araşdırmalarına görə, avtoyuma məntəqələrinin ən çox cəmləşdiyi rayon isə Nərimanovdur. Bu isə səbəbsiz deyil.
Avtoyuma kralı» olan icra başçısı
11.10.2014
Abdin Fərzəliyev Nərimanov rayonunda belə məntəqələrin açılmasından milyonlar qazanır

Bakıda ən gəlirli sahələrdən biri sayılan avtoyuma biznes idə inhisarda imiş. JAM.AZ-ın ilkin araşdırmalarına görə, avtoyuma məntəqələrinin ən çox cəmləşdiyi rayon isə Nərimanovdur. Bu isə səbəbsiz deyil.

Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sözün həqiqi mənasında avtoyuma «kralı» sayıla bilər. Çünki rəhbəri olduğu rayondakı əksər belə məntəqələr ya bilavasitə özünündür, ya da başqasının olsa belə aylıq haqq alınır. Araşdırmalara görə, Fərzəliyevin aylıq gəlirinin böyük hissəsi də məhz bu sahədər əldə olunur. Üstəlik, faktiki olaraq Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlərin hamısı nəzarətə alınıb və onlar avtoyuma məntəqələri açmaq istəyənlərə satılır.

JAM.AZ-ın araşdırmalarına görə, Nərimanov rayonunda avtoyuma məntəqələrinin çoxluğu kifayət qədər narazılığa da səbəb olur. Çünki Fərzəliyevin pul qazanmaq üçün satdığı yerlərin bəziləri kiçik məşəllələrdə yerləşir. Bu isə avtomobillərin hərəkət etməsinə mane olmaqla yanaşı, şəm də istifadə olunmuş suyun normal qaydada kanalizasiyaya axmasına əngəl olur. Nəticədə, məhəllə içlərindəki avtoyuma məntəqələrinin istifadə etdikləri sular evlərin zirzəmilərinə dolmağa başlayır.

Onu da bildirək ki, Nərimanov rayonunda 50 kvadratlıq avtoyuma yerlərinin qiyməti heç də ucuz deyil. Bunun üçün sahibkar ən azından 25 min manatından keçməlidir. JAM.AZ-ın araşdırmalarına görə, əldə olunan bütün pulların birbaşa icra başçısı Abdin Fərzəliyevə çatıb-çatmadığı da məlum deyil. Bilinən yalnız odur ki, Nərimanov rayon İcra Hakimiyyətinin xüsusi təyin olunmuş işçiləri aylıq haqları yağır və yerləri satmaqla məşğul olur. Və işin ən pis cəhəti odur ki, avtoyuma məntəqələri açanların aldıqları torpağın sənədi yoxdur. Torpağı satan İcra Hakimiyyətinin işçiləri isə bu torpaqlara nə zamansa sənəd veriləcəyinə dair heç bir vəd vermirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.